"İldə iki dəfə yemək bişirir" - Doğuşdan Xoşqədəmə

22 Mart 2023 08:23

Türkiyəli müğənni Doğuş həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızından şikayət edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Günaydın, Azərbaycan"a qonaq olan aşıq Zülfiyyə İbadova "Xoşqədəm xanım gözəl yemək hazırlayır" sözlərini söyləyib.

Doğuş isə "O da təəccüblənib ki, necə bu qədər gözəl yemək bişirdim? İldə iki-üç dəfə yemək bişirdiyi üçün dadını ala bilmirəm" sözlərini deyib.

Onun dediklərinə Xoşqədəm "Bu nə sözdür deyirsən? Yeməklərə, gördüyüm işlərə sevgi qatıram. Kompleksim yoxdur. Deyirlər ki, bütün günü oynayırsan. Öz evimdəyəm, niyə oynamayım" cavabını verib. 

"Həftənin beş günü stres içindəsən, iki günü də evində rahat ol" deyə, Doğuş bildirib.  

Milli.Az