İran ordusuna hava hücumundan müdafiə sistemlərinin hazır vəziyyətə gətirilməsi barədə əmr verilib.
Milli.Az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə SEPAH-a yaxın mənbələr məlumat yayıb.
Məlumatda qeyd edilir ki, ölkənin şimal-qərb sərhədlərində (Azərbaycan) baş verən aktivlik səbəbilə HHM sistemləri hazır vəziyyətdədir.
Xəbərə görə, Təbrizdən Parsabada qədər manevr edən Dezful bazasının dəstək uçuşları adi patrul rejimindən əməliyyat rejiminə keçirilib
Milli.Az