Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xalqımızı təbrik edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Pakistan Prezidenti bununla bağlı rəsmi tviter hesabında paylaşım edib.
Paylaşımda qeyd olunub: "Pakistan xalqı adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti qardaş İlham Əliyevi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Uca Allahdan sülh və firavanlıq diləyirəm".
Milli.Az