Ən balaca maşın: o, liftə girir - FOTO
27 Aprel 2012 23:56
Milli.Az "Autobild"ə istinadən bildirir ki, eni 1 metr, uzunu 1,5 metr, çəkisi isə 350 kq olan "Volpe" avtomobili ilə liftə girmək, hətta binaların dəhlizlərində hərəkət etmək olar.
Ofisdə çalışanlar isə bu maşınla iş yerinə yollanaraq, masanın yanında saxlayaraq akkumulyatorları enerji ilə doldura bilərlər.
Maşının maksimal sürəti 30 km/saatdır.
"Volpe"nin istehsalçısı "Bugatti" və "Lotos" brendlərinin sabiq sahibi, İtaliyanın "Romano Artioli" şirkətidir.
"Volpe"nin 2013-cü ildə Avropa Birliyində 6400 avroya satılacağı gözlənilir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: newsteam