Novruz tədbirində təxribat - 5 polis yaralandı

21 Mart 2023 19:19

Türkiyənin Diyarbakır vilayətində keçirilən Novruz tədbirində PKK terror təşkilatının rəmzi bayraqlar qaldırılıb. 

Milli.Az xəbər verir ki, təşkilatın lideri Abdullah Öcalanın lehinə şüarlar səsləndirilib. 

Qarşıdurma zamanı 5 polis yaralanıb, 19 nəfər saxlanılıb.

Qeyd edək ki, qarşıdurmaya səbəb Əhməd Türkün çıxışı olub. O, kürdləri mübarizəyə səsləyib: "Hörmətli Öcalanın 24 illik həbsxana əsarətinə son qoymalıyıq. Bu dövr qurtuluş günü olacaq. Bu dövr kürdlərin öz müqəddəratını təyin etmə günü olacaq. Mən buna ürəkdən inanıram". (sfera.az)

Milli.Az