Ərdoğanın prezidentliyə namizədliyi irəli sürüldü

21 Mart 2023 16:36

Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Türkiyə Prezidenti postuna namizədliyi irəli sürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Hakim Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyası (MHP) Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Namizədlik sənədini Komissiyaya Ədalət və İnkişaf Partiyasının Qrup sədri İsmət Yılmaz, partiya sədinin müavini və seçki işləri üzrə məsul Əli İhsan Yavuz, MHP Qrup sədr müavini Erkan Akçay və MHP sədrinin seçki işləri üzrə müavini Feti Yıldız təqdim ediblər.

Qeyd edək ki, Ali Seçki Şurası (MSK) seçki təqvimini təqdim edib. MSK-nın qərarına əsasən, prezidentliyə namizədliyin irəli sürülməsi prosesi martın 19-dan 23-dək davam edəcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin 14 mayda keçirilməsi ilə bağlı qərar imzalayıb.

Milli.Az