Bakıda keçmiş məhkum silahla tutuldu

21 Mart 2023 14:11

Bakıda silahlı şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılıb.

Üzərinə baxış zamanı ondan 1 ədəd nömrəsi silinmiş "Makarov" markalı tapança, 3 ədəd patron və 7 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.

Milli.Az