Ermənistan spikeri yıxılaraq xəstəxanalıq oldu - FOTO

20 Mart 2023 20:04

Ermənistan parlamentinin spikeri Alen Simonyan yıxılaraq dirsəyini zədələyib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sözçüsü Tsovinar Xaçatryan öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, Simonyanın səhhəti normaldır və həkimlərin nəzarəti altındadır. 

Bundan əvvəl erməni mətbuatında Alen Simonyanın hökumət bağ evlərinin ərazisində, evinin yaxınlığında yıxıldığını yazıb.

Milli.Az