Göygölə 20 yaşlı oğlanı maşın vurub

20 Mart 2023 15:51

Göygöldə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

Hərəkətədə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2003-cü il təvəllüdlü Nurlan Abbasovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az