Ceyhun Bayramov Belçikaya işgüzar səfər edib

20 Mart 2023 09:42

20 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının Brüssel şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Nazir Brüsseldə "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə" adlı Beynəlxalq Donorlar Konfransında iştirak edəcək.

Milli.Az