Motosiklet yeniyetmə oğlanı vuraraq xəsarət yetirib

19 Mart 2023 23:46

Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə motosiklet yolu qarşı tərəfə keçmək istəyən 15 yaşlı Nihat Kərimovu vurub. Piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, qəzadan sonra motosiklet sürücüsü hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az