Türkiyə 40 milyard kubmetr qaz ixrac edəcək

19 Mart 2023 23:11

Türkiyə öz ərazisində yaradılan qovşaq vasitəsilə təxminən 40 milyard kubmetr qaz tədarük edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

"İndi bizim öz Qara dəniz qazımız var. Biz ildə təxminən 55-60 milyard kubmetr qaz istehlak edə bilirik. Biz qovşağın daxilində qaz kəməri sisteminə 100 milyard kubmetr qazın verilməsini təmin edə bilərik və yaxşı planlaşdırsaq, 40 milyard kubmetr qaz ixrac edəcəyik", - deyə nazir bildirib.

Milli.Az