Polşa bu halda Rusiya ilə müharibəyə başlayacaq

19 Mart 2023 22:33

Əgər Ukrayna döyüş meydanında müstəqilliyini müdafiə edə bilməyəcəksə, o zaman Polşa ordusu Rusiya ilə münaqişənin birbaşa iştirakçısına çevrilməli olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Polşanın Fransadakı səfiri Yan Emerik Roşişevski deyib.

Diplomatın fikrincə, Ukrayna böhranı ilk növbədə Qərbin əsas dəyərləri və mədəniyyəti uğrunda gedən döyüşdür:

"Ona görə də, onları müdafiə etmək çox vacibdir. Əgər Ukrayna müstəqilliyini müdafiə edə bilməsə, Polşanın münaqişəyə girməkdən başqa yol qalmayacaq" ,- o bildirib.

Milli.Az