Yol qəzasında iki qardaş xəsarət alıb

19 Mart 2023 21:14

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, avtoqəza nəticəsində rayon sakinləri, 1997-cü il təvəllüdlü Hüseyn Ağayev və 2002-ci il təvəllüdlü İbrahim Ağayev xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az