Avtomobil elektrik dirəyinə dəyib, xəsarət alanlar var - FOTO

19 Mart 2023 20:48

Oğuzda avtomobil elektrik dirəyinə dəyib, xəsarət alanlar var.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə axşam saatlarında Oğuz-Bayan avtomobil yolunun Oğuz şəhərinin giriş hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-21099" markalı minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb, daha sonra avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Bayan kənd sakinləri, Nurlan Tərlan oğlu Mikayılov və Nazim Yaşar oğlu Həsrətov ağır xəsarət alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az