Hamilə qadın 3-cü mərtəbədən yıxılıb

19 Mart 2023 19:39

Şirvanda hamilə qadın binanın 3-cü mərtəbəsindən yıxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

Şirvan sakini, 1993-cü il təvəllüdlü Yahyazadə Aytac Rasim qızı yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. 30 yaşlı qadın ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun qəsdən özünü atdığı və ya ehtiyatsızlıqdan yıxıldığı müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az