Yeni sevgilisinə 136 minlik hədiyyə aldı - FOTOlar

19 Mart 2023 15:11

Reper Tyga sevgilisi kanadalı məşhur rok ifaçısı Avril Lavinə verdiyi hədiyyə ilə diqqət çəkib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, reper Avrilə dəyəri 80 min dollar (təxminən 136 min 055 manat) olan brilyant boyunbağı bağışlayıb. Boyunbağının istehsalçısı, zərgəri Erik Mavani bildirib ki, parça 50 əyyarlıq qara brilyant, ağ brilyant və çəhrayı sapfirlərdən dizayn edilib. Boyunbağının üzərinə müğənninin adı yazılıb.

Qeyd edək ki, Avril bundan əvvəl reper Derek Rayan Smitlə (Mod San) nişanlı olub və ötən ay ondan ayrılıb. O, 2 dəfə ailə qurub, boşanıb.

Milli.Az