Ekvadorda 6,9 bal gücündə zəlzələ - Ölənlər var

19 Mart 2023 09:57

Ötən gün Ekvadorda  6,9 bal gücündə zəlzələ baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 50-yə yaxın yaşayış binasına ziyan dəyib, 7 bina tamamilə dağılıb.

Xəsarət alan insanların sayının 126-ya çatdığı, 13 nəfərin öldüyü bildirilir. 

Qeyd edək ki, 6,9 bal gücündə qeydə alınan təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.

Milli.Az