Şimali Koreya növbəti ballistik raket atıb

19 Mart 2023 09:45

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketin buraxılışını həyata keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Cənub Koreyanın "Yonhap" agentliyi mənbələrə istinadən bildirib.

Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri qısa mənzilli ballistik raketin Tonçxanni poliqonu ərazisindən buraxıldığını bildirib.

Yaponiya mətbuatının məlumatına görə, raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Milli.Az