Kanadanın Baş naziri Novruz bayramı ilə bağlı paylaşım edib

19 Mart 2023 09:29

Kanadanın Baş naziri Castin Trüdo "Twitter" hesabında Novruz bayramı münasibətilə təbrik paylaşımı edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, Novruz şənliklərinin tez-tez bütün icmaları bir araya gətirdiyini vurğulayıb.

Hökumət başçısı səmimi arzularını da çatdırıb.

"Novruz bayramınız mübarək! Qarşıdakı ildə cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram", - deyə Castin Trüdo qeyd edib.

Milli.Az