Dumanlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

18 Mart 2023 22:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən martın 21-dək davam edəcək dumanlı hava şəraiti ilə əlaqədar hazırda ölkə ərazisində görünüş məsafəsi ​200-500 metrədək məhdudlaşıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a verilən məlumata görə, qeyri-iş günlərində respublikanın avtomobil yollarında hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağını da nəzərə alaraq, səfərə çıxan sürücüləri mövcud hava şəraitini düzgün qiymətləndirməyə, bayram ərəfəsində xoşagəlməz hadisələrin yaşanmaması üçün təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq.

Milli.Az