Messinin atası üç xəbəri yalanladı: Hamısı saxtadır - FOTO

18 Mart 2023 22:21

PSJ-nin ulduz futbolçusu Lionel Messinin atası və meneceri Xorxe Messi oğlu ilə bağlı yayılan xəbərləri təkzib edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.

"Yalan yazmağa nə qədər davam edəcəklər? Sübutlar haradadır? Bu xəbərlərin hamısı saxtadır", - X.Messi yazıb.
Ulduz futbolçunun atası PSJ-nin Lionelin şərtlərini qəbul etməməsi, oyunçunun baş məşqçi Kristof Qaltye ilə problemlərə görə komandanın məşqini tərk etməsi və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan 600 milyon avro tələb etmələri ilə bağlı xəbərlərə paylaşımında cavab verib.

Milli.Az