Seray psixoloji dəstək aldığını bildirdi

18 Mart 2023 22:15

"Bir küçük gün ışığı" serialının ulduzu, məşhur türk aktrisa Seray Kaya bir zamanlar psixoloji dəstək aldığını bildirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bunun səbəbinin keçmiş sevgilisi ilə bağlı olduğunu vurğulayıb.

"Həyatımın müəyyən dövrünü məhv edən bir adam olub. Sənə aşiq olur və səni istədiyi insana çevirməyə çalışır. O insana çevrildikdə isə səni aldadır və ya başqa bir problem olur. Çox yorğun olduğum bir dönəm idi və bununla bağlı psixoloji dəstək aldım", - deyə, S. Kaya qeyd edib.

Milli.Az