Putin Krıma getdi

18 Mart 2023 22:04

Rusiya Prezidenti Vladimir Putin Krımın Rusiyaya birləşdirilməsinin doqquzuncu ildönümü ilə əlaqədar yarımadaya gedib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun bir sıra tədbirlərdə iştirakı gözlənilir.

Kremlin mətbuat xidmətinin sözçüsü Dmitri Peskov bir müddət əvvəl açıqlamasında Putinin əhəmiyyətli mədəni-tarixi obyektin açılışında iştirak edəcəyini bildirib.

Qeyd edək ki, Putin sonuncu dəfə yarımadaya 2020-ci ilin iyulunda səfər edib.

Milli.Az