Çanaqqalada Azərbaycan şəhidlərinin xatirə abidəsi ucaldılıb

18 Mart 2023 21:06

Çanaqqalada Azərbaycan şəhidlərinin xatirə abidəsi ucaldılıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviter hesabında yazıb.

"Çanaqqala Zəfərinin 108-ci ildönümündə Çanaqqala Şəhidliyində türk qardaşlarımızla birlikdə bu müqəddəs torpaqda canlarını fəda edən Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarətçilərin istifadəsinə verilib", - səfir qeyd edib.

Milli.Az