Türkiyə prezidenti taxıl sazişinin uzadıldığını açıqladı

18 Mart 2023 19:49

Martın 19-da başa çatan taxıl sazişi uzadılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala şəhərində çıxışı zamanı deyib.

R.T.Ərdoğan qeyd edib ki, saziş Rusiya və Ukrayna tərəfləri ilə aparılan danışıqlardan sonra uzadılıb:

"Hər iki tərəflə apardığımız danışıqlar nəticəsində martın 19-da başa çatacaq sazişin uzadılmasına nail olduq".

Milli.Az