Bulvardan meyit tapıldı

18 Mart 2023 18:54

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park yaxınlığında, dənizdə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

FHN-dən bildirilib ki, meyitin dənizdən çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az