Türkiyədə prezident və parlament seçkiləri kampaniyası başlayır

18 Mart 2023 14:10

Bu gün Türkiyədə prezident və parlament seçkiləri üzrə kampaniyaya start verilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ali Seçki Şurası (MSK) seçki təqvimini təqdim edib. MSK-nın qərarına əsasən, prezidentliyə namizədliyin irəli sürülməsi prosesi martın 19-dan 23-dək davam edəcək.

Namizədlərin siyahısı martın 31-də dərc olunacaq və bundan sonra onlar rəsmən seçki təbliğatına başlaya biləcək.

Seçkilərdə iştirak edəcək partiya və koalisiyalar namizədlərinin siyahısını martın 24-ü, günün sonuna qədər MSK-ya təqdim olunmalıdır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin 14 mayda keçirilməsi ilə bağlı qərar imzalayıb.

Milli.Az