"Barselona" 3 kubok uğrunda mübarizə aparacaq gücdə deyil"

18 Mart 2023 17:12

"Barselona"nın hücumçusu Robert Levandovski komandasının durumundan danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Kataloniya təmsilçisindəki problemləri vurğulayıb:

"Yaxşı komandamız var. Ola bilsin ki, bir-iki yeni oyunçu ilə güclənəcəyik. Bu mövsüm Çempionlar Liqasında problemlər yaşadıq və biz bunu həll etməliyik. Etiraf etmək lazımdır ki, "Barselona" hazırda bir mövsümdə 3 kubok uğrunda mübarizə aparmağa hazır deyil. Bir həftə və ya bir aya nəyisə dəyişmək mümkün deyil, əvvəlki şöhrətə qayıtmaq vaxt aparacaq. Həmişə İspaniya çempionatında oynamaq istəmişəm. Bilirəm ki, klubun çoxlu problemləri var, amma komandanın inkişaf strategiyasını görəndə başa düşdüm ki, mən onun bir hissəsi olmaq istəyirəm ".

Qeyd edək ki, "Barselona" bu mövsüm avrokuboklarda mübarizəni dayandırıb.

Milli.Az