Zelenskidən Putinin həbsinə dair qərara reaksiya

18 Mart 2023 15:34

Ukrayna Prezidenti Vladimir Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya lideri Vladimir Putinin həbsinə order verilməsinə münasibət bildirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, V.Zelenski bu barədə Teleqram kanalında yazıb.

"Bu, tarixi məsuliyyətin başlayacağı tarixi qərardır" - Zelenski qeyd edib.

Qeyd edək ki, ötən gün Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Milli.Az