Vəli Arazlı vəfat etdi

18 Mart 2023 14:22

Güney Azərbaycanın tanınmış yazıçı və tədqiqatçısı Vəli Rai Şücai (Arazlı) vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "GunAzTV" məlumat yayıb.

Bildirilib ki, o, 1958-ci ildə Güney Azərbaycanın Culfa rayonunun Şüca kəndində dünyaya gəlib. Vəli Rai Şüca uzun illər müəllim işləyib. O, Güney Azərbaycanın bir sıra yazıçı, şair və sənət adamlarının əsərlərinin tədqiq və nəşrinə nail olub.

Vəli Rai Şücai "Dünəndən bu günə Culfa", "Çaldıran savaşı", "Koroğlu əfsanəsi" kitablarının müəllifidir.

Onun xərçəng xəstəliyindən vəfat etdiyi vurğulanıb.

Milli.Az