Naxçıvanda Türkiyə vətəndaşları arasında kütləvi dava olub

18 Mart 2023 18:21

Naxçıvan Muxtar Respublikasında Türkiyə vətəndaşı olan bir qrup şəxs arasında kütləvi dava-dalaş olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə vaxtı Naxçıvan Dövlət Universitetinin tələbələri olan 1999-cu il təvəllüdlü U.Dost və S.Abdulrahim döyülüb. Xəsarət alan tələbələrə tibbi yardım göstərilib.

Milli.Az