"Kamp Nou"da öpüşən cütlük: Onları birləşdirən nədir? - FOTO

19 Mart 2023 20:11

"Ayntraxt" çərşəbə günü "Napoli"yə məğlub olaraq mübarizəni dayandırdı. Halbuki bir il əvvəl Almaniya klubu "Barselona"nı Avropa Liqasından uzaqlaşdırmaqla yadda qalmışdı.

Milli.Az bildirir ki, "Kamp Nou"dakı oyunun qəhrəmanlarından biri də Kevin Trapp idi. İki oyunun cəmində qapısında 3 qol görsə də, bu, onun arenadan xoş əhval-ruhiyyə ilə ayrılmasına mane olmadı. Trapp sevincini əvvəlcə fanatlarla, daha sonra isə həyat yoldaşı İzabela Qulartla bölüşdü.

O, modeldir və "Victoria's Secret"in keçmiş mələklərindən biridir. İzabelle Kevindən 6 yaş böyükdür. Məşhur jurnalların - "Esquire", GQ və "Vogue"nin üz qabığında yer alıb.

Qulart təsadüfən model olub. Şayiələrə görə, məşhur stilist onu mağazada görüb və dərhal kastinqə dəvət edib. Onun karyerası və məşhurluğu belə başlayıb. Braziliyalı model bundan sonra elit jurnallarla əməkdaşlıq üçün təkliflər alıb.

Kevin və İzabel futbol dünyasının ən uzun münasibətinə sahib olan cütlüklərdən biridir. Onlar, Kevin Trapp Frankfurt təmsilçisində parlamağa başladığı vaxtlarda tanış olublar. Hər ikisi birlikdə tez-tez fotosessiyalarda iştirak etməyi xoşlayır. (publika)

Milli.Az