Yevlaxda polis qəza törətdi: yaralananlar var

18 Mart 2023 12:34

Yevlax rayonunun Gülövşə kəndi yaxınlığından keçən magistral yolda iki avtomobil toqquşub.

Milli.Az axar.az-a istinadən bildirir ki, VAZ-21099 və VAZ-21012 markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

İlkin məlumata görə, avtomobillərdən birinin sükanı arxasında Yevlax rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin Rövşən adlı əməkdaşı olub. Onun polis serjantı vəzifəsində çalışdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az