"Özümə yazığım gəlmir"

18 Mart 2023 18:00

80-ci illərdə çəkilmiş "Gələcəyə dönüş" (Back To The Future) filminin baş qəhrəmanı, "Marti Makflay" rolunun ifaçısı Maykl J.Fox 1991-ci ildən bu günə qədər Parkinson xəstəliyi ilə mübarizə aparır.

29 yaşında qorxunc xəstəliyə tutulan, ömrünün ən gözəl illərini yaşamaq üçün çarpışan aktyor hazırda 61 yaşındadır.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu yaxınlarda onun haqqında çəkilmiş "Still: A Michael J. Fox Movie"adlı sənədli film "SXSW Film & TV" festivalında təqdim olunub.

Aktyor filmdə xəstəliyi ilə necə savaşması barədə danışıb. O, film üçün verdiyi müsahibədə bu xəstəlik barədə insanları maarifləndirmək və çıxış yolu göstərmək istədiyini deyib.

"Sahib olduğum hər şeydən vaz keçmək məcburiyyətindəydim. Əlimdən gələn hər şeyin ən yaxşısını eləməliydim. Özümə yazığım gələ, üzülə bilərəm, amma buna zamanım yoxdur. Ona görə özümə dedim ki, bunu eləməliyəm, güclü olmalıyam. Parkinson qorxunc bir xəstəlikdir, amma bununla belə Tanrıya minnətdaram. Gözəl həyatım var",- deyə o bildirib.

Milli.Az