Azərbaycanda tanınmış fotoqraf vəfat etdi - FOTO

18 Mart 2023 10:35

Tanınmış fotoqraf Asim Talıbov dünyasını dəyişib.

Milli.Az sfera.az-a istinadla xəbər verir ki, uzun illər müxtəlif qurumlarda çalışmış fotoqraf 75 yaında vəfat edib. Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.

Asim Talıbov Azərbaycan Fotoqraflar Birliyinin təsisçilərindən olub.

Qeyd edək ki, A.Talıbovun oğlu, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi-fotoqraf Şamil Talıbov ötən ilin sentyabrında uzunsürən xəstəlik səbəbindən vaxtsız vəfat etmişdi.

Milli.Az