Kahramanmaraşda zəlzələ olub

18 Mart 2023 09:34

Türkiyədə zəlzələ olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, episentri Kahramanmaraşın Göksun rayonu olan yeraltı təkan 4,6 böyüklüyündə qeydə alınıb.

Zəlzələnin 7 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.

Milli.Az