Jirinovskinin qırmızı gödəkçəsi hərraca çıxarıldı

18 Mart 2023 18:10

Mərhum siyasətçi Vladimir Jirinovskinin qırmızı gödəkçəsi hərraca çıxarılıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə "Litfond" hərrac evinin rəsmi saytında məlumat verilib.

Jirinovskinin pencəyinin qiyməti 250 min rubl (təxminən, 5547 azn) qiymətləndirilir. Bu libası 2014-cü ilin mayında "Politika" verilişində teleaparıcı Aleksandr Qordona siyasətçinin özü hədiyyə edib. Gödəkçənin kolleksiya dəyəri olduğu qeyd edilir.

Qeyd edək ki, Jirinovski 6 aprel 2022-ci ildə 75 yaşında vəfat edib.

Milli.Az