"Yasak elma"dakı səhnəsini ələ saldı - Ölüm anım mənə çox yersiz gəldi

18 Mart 2023 09:09

Türkiyəli aktyor Bekir Aksoy "Yasak elma" serialından qalmaqallı şəkildə ayrıldığını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, əqrəb sancması ilə ölərək seriala vida edən aktyor "2 sayfa" verilişində bu barədə danışıb:

"Ölüm forması mənə çox yersiz gəldi. Əqrəbin İstanbulun göbəyində gəlib məni sancması, ölməyim çox yersizdir. Bunu bildirərək şirkətlə də münaqişəmiz oldu. Bu şəkildə ölməyim həm mənə, həm də seriala haqsızlıqdır".

Qeyd edək ki, aktyor "Engin" obrazına həyat verirdi.

Milli.Az