Parisdə polislər və etirazçılar arasında toqquşmalar olub - VİDEO

18 Mart 2023 07:12

Parisdə hökumətin pensiya islahatına qarşı nümayişə çıxanların sayı 4 min nəfəri ötüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nümayiş Sena çayının sahilində yerləşən Place de la Concorde meydanında keçirilir. Nümayişçilər meydanın mərkəzində tonqal qalayıblar.

Aksiya ərazisinə polis dəstələri cəlb edilib.

Polis nümayişçiləri uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Milli.Az