“Meta” bu ölkədə ödənişli abunə xidmətini işə salır

17 Mart 2023 23:46

Feysbuk, instaqram və vatsapın sahibi olan "Meta" istifadəçiləri üçün ABŞ-də hesablarını yoxlamaq üçün ödənişli abunə xidməti istifadəyə verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, "Meta"dan verilən məlumatda fevral ayında sınaqdan keçiriləcəyi açıqlanan "Meta Verified" xidmətinin ABŞ-də istifadəyə verildiyi bildirilib.

Bu kontekstdə veb istifadəçilərindən aylıq 11,99 ABŞ dolları, Apple İOS və ya "Google Android" istifadəçilərindən isə 14,99 ABŞ dolları abunə haqqı tutulacaq.

Hesablarını rəsmi şəxsiyyət ilə təsdiqləyən feysbuk və instaqram istifadəçiləri "mavi işarə" nişanı, həmçinin hesabın saxtakarlıqdan qorunması və müştəri dəstəyinə birbaşa çıxış əldə edəcəklər.

Milli.Az