39 yaşlı kişi bıçaqlanıb

17 Mart 2023 23:24

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Yeni Avtovağzal adlanan ərazisində qeydə alınıb.

1984-cü il təvəllüdlü Pərviz Mürsəlov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Pasient əməliyat edilib,vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə o, tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az