Peter Mixalko: Ailələrinə başsağlığı verirəm

17 Mart 2023 17:55

Martın 16-da Ağdamda mina partlayışı xəbəri məni çox kədərləndirdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko tvitterdə yazıb.

"Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Aİ minalardan təmizləmə işlərində Azərbaycana dəstəyini davam etdirəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, Ağdam rayonunun Yusifcanlı kəndinin iki dinc sakini mina partlayışı nəticəsində həlak olub. 1999-cu il təvəllüdlü Həsənov İsrail İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

Milli.Az