Milli Məclis İlham Əliyev və Birinci vitse-prezidenti təbrik edib

17 Mart 2023 17:47

Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova təklif edib ki, dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin.

Deputatlar təklifi alqışlarla təsdiqləyiblər.

Milli.Az