Şuşa və Serbiyanın Novi Pazar şəhərləri qardaşlaşdı - FOTO

17 Mart 2023 17:25

Şuşa və Serbiyanın Novi Pazar şəhərləri arasında memorandum imzalanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tvitter hesabında məlumat verib.

Xüsusi nümayəndəliyin dəvətilə Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaç, səfir Dragan Vladisavljeviç və digər rəsmilər Şuşaya səfər ediblər. İşğaldan azad edildikdən sonra tarixi Şuşada ilk dəfə Novi Pazar şəhərilə qardaşlaşma haqqında memorandum imzalanıb", - deyə A.Kərimov əlavə edib.

Milli.Az