Sabirabadda inkassator avtomobili ata və azyaşlı qızını vurub, ölən var

17 Mart 2023 15:45

Sabirabadda avtomobil ata və azyaşlı qızını vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Beşdəli kəndində qeydə alınıb.

İnkassator avtomobili yolu keçən ata və qızını vurub. Nəticədə kişi hadisə yerində ölüb, azyaşlı qız isə ağır xəsarətlərlə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az