Serbiya ilə bağlı bu Saziş təsdiqləndi

17 Mart 2023 15:26

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qanuna əsasən "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" 2022-ci il noyabrın 23-də Belqrad şəhərində imzalanmış Saziş təsdiq edilir.

Milli.Az