Ukraynanın Rusiyanı məğlub etmək ŞANSI YOXDUR - ŞOK PROQNOZ

17 Mart 2023 15:24

"Ukrayna Silahlı Qüvvələri ötən il iki əks-hücum əməliyyatı (Xarkov və Xerson) keçirib. Ərazilər düşmənə qalib gəlmədən azad edildi. Hər iki halda Rusiya ordusu öz bölmələrini uğurla geri çəkib".

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, hərbi ekspert Aqil Rüstəmzadə bildirib.

O bildirib ki, Ukrayna ordusunda bəzi məsələlər qələbəyə ciddi maneə yaradır:

"Ukraynanın paradiqma dəyişikliyinə ehtiyacı var. Qeyri-adi mübarizə aparmağı öyrənməlidir, belə desək, rəqəmlərlə deyil, qarşıya real hədəflər qoyub mübarizə aparmalıdır. Ukrayna ordusundakı Generalların döyüşlərin aparılması üsullarında köhnəlmiş fikirləri dəyişməlidir. Bu cür taktiki gedişlərlə "kiçik sovet" (Ukrayna) ordusunun böyüyünü (Rusiya) məğlub etmək şansı yoxdur.

Ukrayna hazırda sadəcə düşməni məğlub etmədən üzərinə gələn ordunu böyük itkilərlə üz-üzə qoymadan cəbhə xəttindən uzaqlaşdırır. Belə bir paradiqmada Ukraynanın döyüşə hazır əhalisi 1991-ci ildən əvvəlkindən çox ola bilməz.

Yazda başlayacağı deyilən daha şiddətli döyüşlərdə Ukraynanın hücumuna yığılan qüvvələr və hərbi infrastruktur kifayət qədərdirmi? Xeyr. Rəqibin müdfiə xəttini əldən salmaq və məhv etməyin yolları tapılmalıdır. Bu müharibədə düşmənini məhv edəcəyin tək sürətli həmlə savaşın taleyini həll edəcək, qalib tərəfin adına aydınlıq gətirəcək".

Təhməz Əsədov
Milli.Az