Kişilər yayda bu 3 geyimdən imtina etməlidir - Stilist açıqladı

22 Mart 2023 14:20

Tanınmış stilist Joe bu ilin yayında dəbdən düşmüş 3 kişi geyimini açıqlayıb. 

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, bu geyimlərdən biri dar cins şortlardır. Stilist bunun əvəzinə dizdən bir az yuxarı və bol şortlara üstünlük verməyi tövsiyə edib. 

Trenddən düşmüş bir digər geyim isə ayaq biləyini keçməyən corablardır. Joenin fikrincə, onlardan tamamilə imtina etmək və normal uzunluqdakı corabları geyinmək lazımdır. 

Bunlarla yanaşı, bu yay barmaqarası tərliklər də dəbdən düşən məhsullar arasındadır. 

Bu tərliklərə alternativ olaraq "Birkenstocks" markalı sandallara üstünlük verməyi tövsiyə edib.

Milli.Az