Yenidənqurmadan sonra Xanoba gömrük postu istismara verilib - VİDEO - FOTO

17 Mart 2023 14:22

Martın 17-də yenidənqurmadan sonra Xanoba gömrük postunun istismara verilməsi mərasimi baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, açılış mərasimində baş nazirin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk, Dağıstan Respublikası Hökumətinin sədri və digər rəsmilər iştirak ediblər.

Xanoba gömrük postunun istifadəyə verilməsi ilə əlavə olaraq gündə minədək yük avtomobilinin buraxılışının mümkün olacağı gözlənilir.

Qeyd edək ki, Xanoba gömrük postu Azərbaycanın Rusiya Federasiyası ilə sərhədində yerləşir. "Xanoba" gömrük postunun bərpasına dair qərar Samur gömrük postunun ötürücülük yükünün azaldılması məqsədilə qəbul edilib.

Milli.Az